"Sabah"la birlikdə Avropaya getmək şansı: azarkeşlər üçün

16:40 - 14 Aprel 2023

Növbəti mövsümdə avrokuboklarda iştirak edəcəyi dəqiqləşən "Sabah" azarkeşlərini də səfər oyununa aparacaq.

Sportal.az xəbər verir ki. bu barədə Masazır təmsilçisinin rəsmi saytı məlumat yayıb. Klubun təşkil etdiyi müsabiqədə qalib olan 3 azarkeş komandanı səfər matçında dəstəkləmək imkanı qazanacaq:

"Əziz azarkeşlər, bu il “Sabah” tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək. Bu tarixi anları bizimlə yaşamaq üçün #SabahlaAvropaya müsabiqəsinə qoşula bilərsiniz. Müsabiqənin qalibləri Avropada keçirəcəyimiz oyunlara komandamızla birgə gedəcək. Müsabiqəyə qoşulmaq üçün:

1. Misli Premyer Liqasının 2022-23-cü illər mövsümünün sonuna qədər oyunlarımıza gəlin.

2. Oyundan selfinizi çəkib, aşağıdakı qeydiyyat formasına əlavə edərək bizə göndərin.

3. Qeydiyyat hər oyundan sonra 24 saat ərzində doldurulub, göndərilməlidir.

Qeyd: Selfi verilmiş nümunəyə uyğun olmalıdır. Fotoda həm siz, həm də meydança aydın görünməlidir.

Müsabiqəyə mövsümün sonunda yekun vurulacaq və müsabiqə şərtlərinə tam əməl edən iştirakçılar arasından 3 nəfər qalib seçiləcək".

Xəbər xətti