Bölgə klubu "Sabah"ın futbolçusu üçün hərəkətə keçəcək

12:49 - 18 Aprel 2023

"Sabah"ın futbolçusu Şakir Seyidov yeni mövsümə də "Turan Tovuz"da başlaya bilər.

Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçinin xidmətində Premyer Liqanın başqa komandaları da maraqlıdır.

Amma onun Tovuz təmsilçisinin formasını geyinəcəyi gözlənilir.

Belə ki, onun icarə müddətinin bir illik artırılacağı ehtimal edilir. Futbolçu yayda "Sabah"dan "Turan Tovuz"a icarəyə verilib.
 

Xəbər xətti