"Sabah" afrikalını saxlamadı, təşəkkür etdi - RƏSMİ

16:31 - 26 Aprel 2023

"Sabah" Tiemoko Fofana ilə yollarını ayırıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fil Dişi Sahilindən olan futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Fofana 2021-ci ilin yanvar ayından “Sabah”ın üzvü idi.

Tiemokoya xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.

Xəbər xətti