Belçika klubu "Sabah"ın futbolçusu üçün hərəkətə keçəcək

14:16 - 27 Aprel 2023

"Sabah"ın aparıcı futbolçusu Aleksey Kaşuku transfer etmək istəyən klubların sayı artmaqdadır.

Sportal.az saytına verilən məlumata görə, ukraynalı futbolçuya daha bir maraq Belçikadandır.

Masazır təmsilçisi 22 yaşlı futbolçunun transfer hüququna yiyələnmək, ən pis halda isə onu daha bir illik icarəyə götürmək üçün “Şaxtyor”la danışıqlara davam etdirir.

Mənbənin iddiasına görə, Kaşuku heyətinə qatmaq istəyən komandalardan biri də "Vesterlo"dur. Adıçəkilən klubun skautları Kaşuku Ukrayna U-21 yığmasında göstərdiyi performansdan sonra transfer siyahısına daxil edib. Adıçəkilən Belçika klubu da Kaşuk üçün "Şaxtyor"a müraciət edəcək.
 

Xəbər xətti