Zaqatalada 4 qol - VİDEO

19:41 - 28 Sentyabr 2023

Futbol üzrə Azərbaycan I Liqasında III tura start verilib.

Sportal.az xəbər verir ki, bu gün "Zaqatala" doğma meydanda MOİK-i qəbul edib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Xallarını 7-yə yüksəldən MOİK turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 2 xalı olan "Zaqatala" isə 7-ci yerdədir.

"Zaqatala" - MOİK 2:2

Qollar: Rüstəm Nuruyev, 13, Bəhruz Teymurov, 77 - Elvin Valiev, 24, İsa Zeynallı, 83 pen)

Xəbər xətti