"Mingəçevir" - "İmişli" matçında sülh - VİDEO

15:16 - 6 Oktyabr 2023

Futbol üzrə Azərbaycan I Liqasında IV tura yekun vurulub.

Sportal.az xəbər verir ki, "Mingəçevir" doğma meydanda "İmişli"ni qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

4 turdan sonra hər iki komanda 4 xal toplayıb və turnir cədvəlində 6-7-ci yerləri bölüşürlər.

"Mingəçevir" - "İmişli" 1:1

Qollar: Elsəvər Bəkirzadə, 32 - Gülağa Əsədov, 72

Xəbər xətti