"Zaqatala" topdaşıyanların yaşına, "İrəvan" isə həkimlərə görə cərimələdi

15:35 - 6 Oktyabr 2023

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda Azərbaycan I Liqasının IV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Zaqatala” – “Karvan” oyununda topdaşıyan şəxslərin yaş limiti pozulduğuna görə “Zaqatala” klubu 80 manat cərimə edilir (maddə 74.1);

“Zaqatala” – “Karvan” oyununda xərəkdaşıyan şəxslərin say limiti pozulduğuna görə “Zaqatala” klubu 80 manat cərimə edilir (maddə 74.1);

“Zaqatala” – “Karvan” oyununun 65-ci dəqiqəsində “Zaqatala” klubunun heyətində 14 nömrəli futbolçu Rüstəm Nuruyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Zaqatala” klubu 150 manat cərimə edilir (maddə 39.1);

“Difai Ağsu” – “Qaradağ Lökbatan” oyununda “Difai Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Difai Ağsu” klubu 70 manat cərimə edilir (maddə 37);

“Difai Ağsu” – “Qaradağ Lökbatan” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Difai Ağsu” klubu 100 manat cərimə edilir (maddə 72.4);

“Difai Ağsu” – “Qaradağ Lökbatan” oyununda xərəkdaşıyan uşaqların yaş limiti pozulduğuna görə “Difai Ağsu” klubu 80 manat cərimə edilir (maddə 74.1);

MOİK – “Şamaxı” oyununun 57-ci dəqiqəsində MOİK klubunun 6 nömrəli futbolçusu İsa Zeynallı ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, MOİK klubu 50 manat cərimə edilir (maddə 36.5);

MOİK – “Şamaxı” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 70 manat cərimə edilir (maddə 37);

MOİK – “Şamaxı” oyununun 55-ci dəqiqəsində “Şamaxı” klubunun 10 nömrəli futbolçusu Emin Zamanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Şamaxı” klubu 80 manat cərimə edilir (maddə 41);

“Mingəçevir” – “İmişli” oyununun 33-cü dəqiqəsində “İmişli” klubunun 29 nömrəli futbolçusu Ayhan Arazlı ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “İmişli” klubu 50 manat cərimə edilir (maddə 36.5);

“Mingəçevir” – “İmişli” oyununun 89-cu dəqiqəsində “İmişli” klubunun 11 nömrəli futbolçusu Maqsud Ələkbərov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “İmişli” klubu 50 manat cərimə edilir (maddə 36.5);

“Mingəçevir” – “İmişli” oyununun 32-ci dəqiqəsində “İmişli” klubunun məşqçisi Ruhid Usubov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “İmişli” klubu 150 manat cərimə edilir (maddə 42.3);

“İrəvan” – “Araz Saatlı” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “İrəvan” klubu 100 manat cərimə edilir (maddə 77.1);

“İrəvan” – “Araz Saatlı” oyununa Təcili Tibbi Yardım avtomobilinin təyin edilmiş vaxtdan gec gəldiyinə görə “İrəvan” klubu 100 manat cərimə edilir (maddə 72.4);

“İrəvan” – “Araz Saatlı” oyununda diktor tərəfindən Əsasnamənin tələbləri pozulduğuna görə “İrəvan” klubu 50 manat cərimə edilir (maddə 80);

Xəbər xətti