I Liqada mövsümün ilk baş məşqçi istefası

19:08 - 10 Oktyabr 2023

Futbol üzrə Azərbaycan I Liqasında mövsümün ilk baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Araz-Saatlı"nın baş məşqçisi Şəhriyar Məmmədov istefa verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssis öz istəyi ilə vəzifəsini tərk edib.

Qeyd edək ki, "Araz-Saatlı" I Liqada 4 turdan sonra 0 xalla sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti