Azərbaycan klubunun futbolçuları oyuna çıxmaqdan imtina edirlər - Maaşa görə

17:11 - 16 Oktyabr 2023

I Liqada mübarizə aparan "İrəvan" klubunda işlər yolunda getmir.

Sportal.az saytına verilən məlumata görə, komanda üzvləri məşqə çıxmaqdan imtina ediblər. Buna səbəb oyunçuların aylardır maaş ala bilməməsidir.

Futbolçular daha radikal qərar verməyə hazırlaşır. Əgər onlar maaşlarını ala bilməsələr, 5-cu turun "İmişli" ilə matçına çıxmaqdan imtina edəcəklər. 

Qeyd edək ki. "İrəvan" 4 turdan sonea 10 xal toplayıb və turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Xəbər xətti