"Zaqatala" üçün səfər, "Karvan" üçün ev sınağı

12:17 - 19 Oktyabr 2023

Azərbaycan I Liqasında V turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün turun daha üç qarşılaşması keçiriləcək.

V tura dünən start verilməli idi. Lakin "İrəvan" futbolçuları meydana çıxmadığı üçün "İmişli" ilə matç təxirə salınıb. Tura sabah baş tutacaq "Şamaxı" - Mingəçevir" görüşü ilə yekun vurulacaq.

19 oktyabr (cümə axşamı)

13:00. “Qaradağ Lökbatan” – “Zaqatala”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Vüsal Məmmədov, Rövşən Rəcəbov

Neftçi Futbol Mərkəzi (IV meydança)

15:00.“Araz Saatlı” – “Difai Ağsu”

Hakimlər: Kamranbəy Rəhimov, Orxan İbişov, Samir Qaracayev, Əkbər Əhmədov

Saatlı OİK stadionu

15:30. “Karvan” – MOİK

Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Aydın Baxşıyev, Namiq Bəkirov

Yevlax şəhər stadionu

Xəbər xətti