"Zaqatala" Bakıdan xalsız qayıdır - VİDEO

16:18 - 19 Oktyabr 2023

Futbol üzrə Azərbaycan I Liqasında V turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Qaradağ Lökbatan" "Neftçi Futbol Mərkəzi"ndə "Zaqatala"nı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 10-a yüksəldən "Qaradağ Lökbatan" zirvəni ələ keçirib. 3 xalı olan "Zaqatala" isə 8-ci yerdədir.

"Qaradağ Lökbatan" - "Zaqatala" 2:1

Qollar: Urfan İsmayılov, 54, Mehdi Tahirov, 81 - Uoren Lloyd, 45+2

Xəbər xətti