Saatlıda autsayderlərin oyununda 7 qol - VİDEO

19:46 - 19 Oktyabr 2023

Futbol üzrə Azərbaycan I Liqasında V turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Araz Saatlı" doğma meydanda "Difai Ağsu"nu qəbul edib. Qarşılaşma ev sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Mövsümdə ilk qələbəsini qazanan "Araz Saatlı" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 1 xalı olan "Difai Ağsu" isə sonuncu yerdədir.

"Araz Saatlı" - "Difai Ağsu"5:2

Qollar: İlkin Əliyev, 62, Kamran Həsənzadə, 69, Elşan Sabbaği, 75, Şamil Abdullayev, 84, Oqtay Məmmədov, 90+5 - Rəhman Quliyev, 27, Ramin Süleymanov, 77

Xəbər xətti