MOİK Yevlaxda 3 qolla qazandı - VİDEO

20:53 - 19 Oktyabr 2023

Futbol üzrə Azərbaycan I Liqasında V turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Karvan" doğma meydanda MOİK-i qəbul edib. Qarşılaşma "hərbçilər"in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 11-ə yüksəldən MOİK çempionatın vahid lideridir. 8 xalı olan "Karvan" isə 5-ci yerdədir.

"Karvan" - MOİK 0:3

Qollar: Elmir Rəhimsadə, 8, 31, Xəyal Bədirov, 85

Xəbər xətti