MOİK Azərbaycan çempionatlarının tarixinə düşdü

10:58 - 20 Oktyabr 2023

1-ci Liqanın 5-ci turu MOİK üçün əlamətdar olub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, səfərdə “Karvan”a 3 cavabsız qolla qalib gələn Bakı klubu mövsümdə 3-cü qələbəsini qazanıb. Bu, klubun tarixində yubiley uğuru olub.

Paytaxt təmsilçisi müstəqillik illərində 300-cü qələbəsini qazanıb. 1992-ci ildən Azərbaycan çempionatı və kubokunda iştirak edən “hərbçilər” buna 849-cu oyununda nail olub.

Əvvəl OİK, sonradan MOİK adlanan komanda Premyer Liqada (əvvəl güclülər dəstəsi) 66, 1-ci liqada (əvvəl birinci dəstə və birinci divizion) 217, ölkə kubokunda 17 dəfə qalib gəlib.

MOİK Azərbaycan futbolu tarixinə müstəqillik illərində 300 və daha çox qələbə qazanan 5-ci komanda kimi düşüb. Yalnız “Qarabağ”, “Neftçi”, “Kəpəz” və “Şamaxı” daha çox oyunda qələbə qazanıb.

Xəbər xətti