Yevlaxda 3 qol, 2 qırmızı vərəqə - VİDEO

19:20 - 25 Oktyabr 2023

Futbol üzrə Azərbaycan I Liqasında VI tura start verilib.

Sportal.az xəbər verir ki, "Karvan" bu gün Yevlaxda "Qaradağ Lökbatan"ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 19-a yüksəldən "Karvan" turnir cədvəlinin zirvəsində qərarlaşıb. 8 xalı olan "Karvan" isə 6-cı yerdədir.

"Karvan" - "Qaradağ Lökbatan" 1:2
Qollar:
 Peter Kinqs, 3 - Murad Qayalı, 38, Xəlil Bəşirov, 44
Qırmızı vərəqə: Akif Tağıyev, 77, Anqenor Qnapi, 90+4

Xəbər xətti