"Zaqatala" "Araz Saatlı"nı məğlub etdi - VİDEO

12:20 - 26 Oktyabr 2023

Futbol üzrə Azərbaycan I Liqasında VI turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, "Zaqatala" doğma meydanda "Araz Saatlı"nı qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 6-ya yüksəldən "Zaqatala" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 3 xalı olan "Araz Saatlı" isə 9-cu yerdədir.

"Zaqatala" - "Araz Saatlı" 2:0
Qollar: 
Elmir Abbasov, 45, Uoren Lloyd, 57

Xəbər xətti