"Şamaxı"dan "İrəvan"a 3 qol - VİDEO

18:15 - 26 Oktyabr 2023

Futbol üzrə Azərbaycan I Liqasında VI tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "İrəvan" öz meydanında "Şamaxı"nı qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 11-ə yüksəldən "Şamaxı" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 10 xalı olan "İrəvan" isə 5-ci yerdədir.

"İrəvan" - "Şamaxı": 1:3

Qollar: Bayram Əliyev, 75 - Elşad Tağıyev, 12, 48 (pen), 63

Xəbər xətti