"Arsenal" 6 cavabsız qolla 1/8 finala yüksəldi - VİDEO

10:37 - 30 Noyabr 2023

Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna yekun vurulub.

Sportal.az xəbər verir ki, B qrupunda "Arsenal" doğma meydanda "Lans"ı qəbul edib. Qarşılaşma London təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 12-yə yüksəldən "Arsenal" 1/8 finala vəsiqəni təmin edib. 5 xalı olan "Lans" isə qrupda 3-cü yerdədir.

"Arsenal" - "Lans" 6:0
Qollar:
Kay Kaverts, 13, Qabriel Jezuş, 21, Bukayo Saka, 23, Qabriel Martinellİ. 27, Martin Odeqaard, 45+1, Jorjinyo, 86

Xəbər xətti