Kerem Aktürkoğlunun qolu ən yaxşı seçildi - VİDEO

15:38 - 1 Dekabr 2023

Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun ən yaxşı qolu müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Qalatasaray"ın futbolçusu Kerem Aktürkoğlunun "Mançester Yunayted"in qapısından keçirdiyi top həftənin ən yaxşısı seçilib. UEFA-nın saytında keçirilən sorğuda türk vinger hamını qabaqlayıb.

Qeyd edək ki, "Qalatasaray" - "Mançester Yunayted" qarşılaşması 3:3 hesablı bərabərliklə başa çatıb.

Xəbər xətti