"Araz-Naxçıvan" - "Sumqayıt" matçında sülh, "Neftçi" "Qəbələ"ni məğlub etdi - YENİLƏNİB

19:22 - 28 Yanvar 2024

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, "Araz-Naxçıvan" "Sumqayıt"ı qonaq edib. "Dalğa Arena"da keçirilən görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. 

Turnir cədvəlində sonuncu pillədə qərarlaşan "Qəbələ" isə "Neftçi"nin qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çaıtb.

Azərbaycan Premyer Liqası
XX tur

15:00 "Araz-Naxçıvan" - "Sumqayıt" 1:1
Qollar:
 Vanderson, 59 - İsa Suliman, 45

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Teymur Teymurov, Kamran Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Dalğa Arena"

17:30 "Neftçi" - "Qəbələ" 3:1
Qollar:
Emin Mahmudov, 61 (pen), Dieqo Valdez, 67, Brayan Moreno, 90+5 - Emil Səfərov, 87

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Neftçi Arena"

Xəbər xətti