Azərbaycan Premyer Liqası: Ən yaxşı qolun müəllifi mükafatlandırıldı

15:40 - 28 Yanvar 2024

Bu mövsümdən etibarən Peşəkar Futbol Liqası “Ayın qolu” layihəsinə start verib.

Sportal.az xəbər verir ki, layihə çərçivəsində ayın ən gözəl qolunu vurmuş futbolçu PFL tərəfindən mükafatlara layiq görülür.

PFL-in feysbuk sosial şəbəkəsində keçirilən müsabiqədə azarkeşlər tərəfindən dekabr ayının ən gözəl qolu Turan Manafovun “Sabah”a vurduğu qol seçilib.

“Sumqayıt”la oyundan əvvəl mükafat futbolçuya Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov tərəfindən təqdim olunub.

Qeyd edək ki, Turan Manafov bu mükafatı ikinci dəfə qazanıb.

Xəbər xətti