Premyer Liqada hakim biabırçılıqları davam edir - bu dəfə Əliyar Ağayev "fərqləndi" 

22:17 - 28 Yanvar 2024

Bu gün keçirilən "Araz-Naxçıvan" - "Sumqayıt" matçının 52-ci dəqiqəsində baş verən epizod Premyer Liqada tüğyan edən hakim səhvləri silsiləsindən növbətisi olub. Təəssüf doğuran məqam odur ki, hakimlərin əli ilə Azərbaycan futbolunda ara qarışdırmağa çalışan qüvvələr, deyəsən, ölkənin ən tanınmış referesi olan Əliyar Ağayevi də bu oyunların içinə çəkə biliblər. 

"Sumqayıt"ın oyunçusu Kamran Aliev açıq ayaqla rəqibin üstünə gedir, görüşün baş hakimi Əliyar Ağayev sarı vərəqə göstərir. Onu VAR-a çağırırlar, düşünmək olar ki, qırmızı vərəqə qaçılmazdır. Ancaq... 

Bəzən eqosuna yenilən Əliyar Ağayevin ötən mövsüm də əcaib qərarlarını görmüşdük. Amma onun bu gün etdiyi açıq-aşkar qərəzdi. Hakimlər Komitəsinin rəhbəri Barış Şimşəkin tərzində ifadə etsək, "qərəzin babası idi".

Xəbər xətti