Albaniya kubokunda yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" səfərdə "Partizan"ın qonağı olub. İlk matçda 0:1 hesabı ilə məğlub olan "Eqnatiya" matçın əsas vaxtında eyni nəticə ilə rövanş ala bilib. Əlavə vaxtda fərqlənməyi bacaran Əliyevin komandası adını finala yazdırmağı bacarıb. Start heyətində meydana çıxan Zamiq sonadək meydanda olub.
Qeyd edək ki, "Eqnatiya" finalda mayın 1-də "Dinamo" (Tirana) ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi