Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Sportal.az UEFA-ya istinadən xəbər verir ki, Yan Sommer PSJ-nin müdafiəçisi Aşraf Hakimini qabaqlayıb.
İsveçrəli qapıçı Çempionlar Liqasının yarımfinal mərhələsinin "Barselona"ya qarşı keçirilmiş cavab görüşündə (4:3) 7 seyv edib.
Qeyd edək ki, ÇL-in finalında "İnter" və PSJ komandaları qarşılaşacaq.
Həmin matç mayın 31-də Münhendəki keçiriləcək.
saytlarin hazirlanmasi