Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün qrup mərhələsində III tura start verilib.
Sportal.az xəbər verir ki, günün ilk matçında B qrupunda Özbəkistan və Çad milliləri üz-üzə gəliblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən özbəklər qrupu 4 xalla başa vurublar. Çad isə 3 xal toplayıb. Afrika təmsilçisi qrupda qalıb.
Özbəkistanın növbəti mərhələ şansı isə qrupun digər matçının nəticəsindən asılıdır.
Qeyd edək ki, Azərbaycan millisi Rumıniya ilə 1/8 finalda mayın 27-si 21:00-da qarşılaşacaq.
A qrupu
Bəhreyn - Sloveniya 4:1
Azərbaycan - Mavritaniya 2:0
B qrupu
Özbəkistan - Çad - 3:0
22:00. Rumıniya - Fransa 0:0
C qrupu
Macarıstan - Ukrayna 3:0
Türkiyə - İngiltərə 0:3
D qrupu
Hindistan - Portuqaliya 0:8
Slovakiya - Bolqarıstan 0:1