"Sabah" heyətlə bağlı addımlar atmağa başlayıb.
Sportal.az saytına verilən məlumata görə, Masazır təmsilçisi Rəhman Daşdəmirovu buraxmaq istəməyib.
Paytaxt təmsilç isi 25 yaşlı müdafiəçiyə yeni müqavilə təklif edib.
Millimizin üzvü yeni mövsümdən də "Sabah"da çıxış edəcək. Halbuki, ona "Neftçi" başda olmaqla, həm Azərbaycan, həm də xarici klublardan təkliflər olmuşdu.
Rəhmanın ölkə kubokunun qalibi ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədər idi.