Vasili Berezutski ilə yolları ayıran "Sabah" yeni baş məşqçi axtarışlarına start verib.
Sportal.az Sport1.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi artıq bir neçə mütəxəssislə danışıqlara başlayıb. Onlardan biri Takis Lemonisdir.
Yunanıstanlı çalışdırıcının 65 yaşı var. O, indiyə kimi "Olimpiakos", APOEL, "Kaliteya", "APO Levadiakos", "Ksanti", "Panionios", "Omoniya", "Panetolikos", "Əl-Riad" kimi klublarda çalışıb.
Karyerası ərzində 4 dəfə Yunanıstan çempionu, 1 dəfə Super Kubokunun qalibi olub. Onun tək uğuru "Olimpiakos"da olmayıb. Mütəxəssis "Omoniya"da da naliyyətlər əldə edib. Takis Lemonis Kiprdə həm ölkə çempionluğunu, həm də Super Kuboku qazanıb.
saytlarin hazirlanmasi