"Fiorentina"nın hücumçusu Moyze Kin karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az "Əl Qadisiya" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
Kinin klubu ilə müqaviləsində 1-15 iyul tarixləri arasında keçərli olan 52 milyon avroluq sərbəstqalma maddəsi var. Ərəblər 25 yaşlı forvard üçün bu məbləği ödəməyə hazırdır.
Qeyd edək ki, "Fiorentina" Moyze Kini 2024-cü ilin yayında "Yuventus"dan transfer edib. İtaliya millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 25 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi