"Liverpul" Florian Virtsin transferini yekunlaşdırmaq üzrədir.
Sportal.az xəbər verir ki, artıq klublar arasında razılıq əldə olunub. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Liverpul" almaniyalı hücumameyilli yarımmüdafiəçi üçün "Bayer" 100 milyon funt-sterlinq təzminat, 16,5 milyon funt-sterlinq bonus ödəyəcək.
Virtsin özü ilə də şəxsi müqavilənin şərtləri razılaşdırılıb. 22 yaşlı ön xətt oyunçusu bu həftə ərzində İngiltərəyə gediib tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Almaniya millisinin üzvü olan Florian Virts ötən mövsüm "Bayer"in heyətində meydana çıxdığı 45 rəsmi matçda 16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi