Bu gün Avropa Liqasının təsnifat mərhələsinin ilk mərhələsinin püşkü atılacaq.
Sportal.az xəbər verir ki, “Sabah” da püşkatma zamanı rəqibini tanıyacaq.
Azərbaycan kubokunun qalibinin potensial rəqibləri bu klublardır: "Şaxtyor" (Donetsk, Ukrayna), "Legiya" (Varşava, Polşa), "Partizan" (Serbiya), "Şerif" (Moldova), ÇFR Kluj (Rumıniya), "Hapoel" (Beer Şeva, İsrail), “Çelye” (Sloveniya), “Spartak”(Trnava, Slovakiya).
Artıq "Sabah"ın potensial rəqibləri azalıb: "Şaxtyor", "Çelye", "Spartak"(Trnava), "Şerif".
Püşkatmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
İlk oyunlar iyulun 10-17-də keçiriləcək.