"Neftçi"də ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Dembo Darbo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bu barədə klubun mətbuat xidməti məlumat yyayıb.
"Ağ-qaralar" qambiyalı futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2024-cü ilin avqustunda transfer olunmuş Darbo “Neftçi”nin heyətində 19 rəsmi oyun keçirib, 5 qol vurub.
saytlarin hazirlanmasi