"Fənərbaxça" növbəti mövsüm üçün iddialı heyət qurmaq istiqamətində fəalliyyətini davam etdirir.
Sportal.az xəbər verir ki, Super Liqa nəhəngi "Tottenhem"dən İv Bissumanı transfer etmək istəyir. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.
"Fənərbaxça"nın prezidenti Ali Koç Londona səfəri zamanı həm futbolçu ilə, həm də klubu ilə danışıqlar aparıb.
Türkiyə klubu Bissuma üçün "Tottenhem"ə 15 milyon avro təklif edib. "Fənərbaxça" malili yarımmüdafiəçinin özünə isə illik 5 milyon avro maaş verməyə hazırdır. İstanbul təmsilçisinin idman direktoru Devin Özek İngiltərə klubu ilə danışıqları davam etdirəcək.
Qeyd edək ki, "Tottenhem" İv Bissumanı 2022-ci ilin yayında "Brayton"dan transfer edib. 28 yaşlı dayaq yarımmüdafiəçisi ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi