Leroy Sane klublararası dünya çempionatında “Bavariya”nın heyətində çıxış edəcək.
Sportal.az xəbər verir ki, 29 yaşlı alman vinger “Qalatasaray”a azad agent kimi keçib və “Bavariya” ilə müqaviləsi 30 iyunda bitdikdən sonra yeni klubuna qoşulacaq.
Lakin bu tarixə qədər Sane “Bavariya”nın dünya çempionatındakı oyunlarında iştirak edəcək. Bu barədə klubun idman direktoru Maks Eberl məlumat verib. O, Sanenin turnir başa çatanadək komandada qalacağını və klubun uğuru üçün mübarizə aparacağını təsdiqləyib.
saytlarin hazirlanmasi