"Neftçi"nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin IV qrupunda ilk matçını keçirəcək.
Sportal.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Türkiyənin "Fomget" klubu ilə qarşılaşacaq.
Matç Albaniyanın paytaxtı Tiranada baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, IV qrup
20:00. "Fomget" (Türkiyə) - "Neftçi"(AZƏRBAYCAN)
Baş hakim: Hanna Layanen (İsveç)
Tirana. "House of Football Natural Pitch" stadionu