FKSB rəsmisi: "Ümid edirəm ki, "Drita" ilə yox, "Qarabağ"la cavab matçına hazır olacaq"

13:47 - 29 İyul 2025

Rumıniya FKSB klubunun İdarə Heyətinin sədri Mihay Stoika Çempionlar Liqasının təsnifat mərhələsinin 2-ci turunun Şimali Makedoniyanın "Şkendiya" klubu ilə ilk oyunda (0:1) zədələnən kapitan Darios Olaru ilə bağlı fikirlərini bildirib.

Sportal.az “iAM SPORT”a danışan Stoikanın sözlərinə görə, yarımmüdafiəçi təxminən 2 həftə yaşıl meydanlardan kənarda qalacaq və “Qarabağ”ı ilə potensial qarşıdurmaya hazır ola bilər: 

"Yəqin ki, Olaru avqustun 10-na kimi 100% hazır olacaq və ümid edirəm ki, “Drita” ilə yox, “Qarabağ”la cavab oyununa hazır olacaq".

"Qarabağ" ÇL-in 2-ci təsnifat mərhələsində ilk görüşündə "Şelburn"a səfərdə 3:0 qalib gəlibsə, FKSB "Şkendiya"ya 0:1 uduzub. Hər iki komanda mərhələni adlayarsa, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində bir-birinə rəqib olacaq. Əlavə edək ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunları avqustun 5-6 və 12-də keçiriləcək.

Xəbər xətti