"Sabah" UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bakıda "Petrokub"u qəbul edəcək.
Sportal.az xəbər verir ki, Moldova təmsilçisi ilə matça bilet satışı davam edir. Artıq 300 bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandaya stadiondan dəstək olmaq istəyənlər biletləri “iticket.az” saytından, həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, "Sabah" - "Petrokub" qarşılaşması 31 iyul tarixində saat 20:00-da start götürəcək. Azərbaycan təmsilçisi səfərdə keçirilən oyunda rəqibini 2:1 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi