"Zirə"nin rəqibi millinin üzvünü transfer etdi

13:49 - 27 İyul 2025

Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Xorvatiya təmsilçisi “Hayduk” heyətini yeni müdafiəçi ilə gücləndirib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Split təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisi Ron Racini heyətinə qatıb.

Kosovo millisinin futbolçusu ilə 2028/2029 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Racinin son klubu Kosovonun “Priştina” klubu olub.

Xatırladaq ki, "Zirə" - "Hayduk" arasındakı ilk görüş heç-heçə başa çatıb - 1:1. Cavab oyunu iyulun 31-də Splitdəki Polyud stadionunda keçiriləcək və matça Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xəbər xətti