Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani” baş məşqçisi ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Skender Qeqonun müqaviləsinə xitam verib.
O, son olaraq komandanı Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin “Nomme Kalyu”(1:1, 0:1) ilə oyununa çıxarmışdı.
“Partizani” cavab görüşündə evdə rəqibinə uduzaraq, avrokuboklardan kənar qalmışdı. Qeyd edək ki, Vüsal İsgəndərli Albaniya klubuna bu yay keçib.