"Karvan" nigeriyalı müdafiəçi transfer etdi - RƏSMİ

15:50 - 24 İyul 2025

"Karvan" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Yevlax təmsilçisi Olavale Doyenini rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. 21 yaşlı mərkəz müdafiəçisi son olaraq ölkəsinin “Plateau United” klubunda forma geyinib.

Xəbər xətti