"Barselona"nın futbolçusu "Roma"ya keçir

13:52 - 24 İyul 2025

"Barselona"nın yarımmüdafiəçisi Mark Bernal karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Roma" ispaniyalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. Transferin yazın günlərdə rəsmiləşəcəyi bildirilir.

Qeyd edək ki, Mark Bernal "Barselona"nın yetirməsidir. 18 yaşlı oyunçu ötən mövsüm əsas komandaya cəlb olunub.

Xəbər xətti