"Beşiktaş" İtaliya millisinin üzvü ilə maraqlanır

14:34 - 25 İyul 2025

“Beşiktaş” daha bir legionerin transferini reallaşdırmaq istəyir.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “qara qartallar” “Napol”inin müdafiəçisi Leonardo Spinazzola ilə maraqlanır.

32 yaşlı futbolçunun icarəyə götürülməsi gözlənilir. Onun Neapol təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

İtaliya millisinin sabiq üzvü karyerası ərzində “Yuventus”, “Empoli”, “Siena”, “Atalanta”, “Roma” klublarında oynayıb. 

Xəbər xətti