"Qəbələ"nin futbolçusu 1-ci Liqa klubunda - RƏSMİ

19:19 - 25 İyul 2025

1-ci Liqada mübarizə aparan “Baku Sporting” heyətinə yeni oyunçu cəlb edib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qəbələ"dən Sənan Ağalarov iarəyə götürülüb.

20 yaşlı futbolçu bir mövsüm yeni komandasında çıxış edəcək.

Müqavilə ilə “Qəbələ”yə məxsus olan Ağalarov ötən mövsüm “Araz-Naxçıvan”da çıxış edib.

Xəbər xətti