Azərbaycanlı futbolçu Xorvatiya klubunda - RƏSMİ

16:42 - 24 İyul 2025

"Səbail"dən ayrılan Rüfət Abdullazadənin yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi karyerasını Xorvatiyada davam etdirəcək.

Rüfət "Varajdin"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın U-21 millisinin sabiq üzvü olan 24 yaşlı futbolçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Varajdin" ötən mövsüm Xorvatiya çempionatını 4-cü pillədə başa vurub.  Komanda UEFA Konfrans Liqasında mübarizə aparacaq.

Xəbər xətti