Tovuz şəhər stadionunun ot örtüyü dəyişdirilir - FOTOLAR

16:14 - 25 İyul 2025

Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işlərinə start verilib.

Sportal.az xəbər verir ki, Filip Şarplazın rəhbərlik etdiyi “Caspian Sport and Landscape” şirkəti ilə anlaşmaya əsasən süni örtük söküldükdən sonra drenaj və suvarma sisteminin quraşdırılması işləri həyata keçiriləcək.

Bundan sonra torpaq hissəsinin yerləşdirilməsinə və müasir standartlara cavab verən təbii ot örtüyünün salınmasına başlanacaq. İşlərin oktyabr ayının sonuna kimi tamamlanması nəzərdə tutulub.

Eyni zamanda Abulbəyli kəndi ərazisində, Tovuz çayının kənarında “Huner Group” tərəfindən alınmış torpaq sahəsində süni ot örtüklü meydançanın  salınmasına da başlanılıb.


Xəbər xətti