İtaliyanın "Milan" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Brayton"dan Pervis Estupinanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Milan" ekvadorlu futbolçu üçün İngiltərə klubuna 17,5+2,5 milyon avro təzminat ödəyəcək. 27 yaşlı sol cinah müdafiəçisi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Brayton" Pervis Estupinanı 2022-ci ilin yayında"Uotford"dan transfer etmişdi. Ekvador millisinin üzvü ötən mövsüm"qağayılar"ın heyətində meydana çıxdığı 36 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi