"Mançester Yunayted"in futbolçusu Markus Reşford karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Barselona" ingiltərəli vingeri icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı ön xətt oyunçusu 2025/2026 mövsümünü İspaniya çempionunun heyətində keçirəcək. "Barseloona" 30 milyon avro ödəməklə 27 yaşlı futbolçunun transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, Markus Reşford ötən mövsümün ikinci yarısında icarə əsasında "Aston Villa"da çıxış edib. İngiltərə millisinin üzvü Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi