"İnter"dən ayrılan hücumçu Serbiya klubunda - RƏSMİ

14:38 - 22 İyul 2025

"İnter"dən ayrılan Marko Arnautoviçin yeni klubu bəlli olub.

Sportal.az xəbər verir ki, avstriyalı hücumçu karyerasını Serbiyada davam etdirəcək.

Arnautoviç "Srvena Zvezda"ya ilə anlaşıb. 36 yaşlı forvardla 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Marko Arnautoviç 2023-cü ilin avqust ayından "İnter"də çıxış edirdi. Təcrübəli futbolçu ötən mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti