"Real"ın zədəli futbolçusu Endrikin durumuna aydınlıq gəlib.
Sportal.az xəbər verir ki. braziliyalı hücumçu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə "marca" nəşri məlumat yayıb.
19 yaşlı futbolçu 8-10 həftə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Real" Endriki ötən ilin yayında "Palmeyras"dan ttransfer edib. Braziliya millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi