Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.
Sportal.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilir.
Püşkdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri bəlli olub.
Ağdam təmsilçisi III təsnifat mərhələsinə vəsiqə qazanarsa, "Şkendiya" (Şimali Makedoniya) - FKSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.
III mərhələnin ilk oyunları avqustun 5-6-da, cavab görüşləri bir həftə sonra baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şelburn"la ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü iyulun 30-da evdə keçirəcək.
saytlarin hazirlanmasi