"Beşiktaş" "Qalatasaray"ın keçmiş müdafiəçisi üçün danışıqlara start verdi

12:47 - 20 İyul 2025

"Qalatasaray"ın sabiq müdafiəçisi Markao Türkiyəyə qayıda bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi “Beşikaş”ın maraq dairəsindədir.

"Qara qartallar" Markaonu icarəyə götürməyi planlaşdırır. Hazırda İstanbul təmsilçisi bu yöndə “Sevilya” ilə danışıqları davam etdirir.

Markaonun Əndəlusiya klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Avai”, “Atletiko Paranaense”, “Rio Ave”, “Şaviş”, “Qalatasaray” klublarında oynadıqdan sonra 2022-ci ildə “Sevilya”ya keçib.
 

Xəbər xətti